Oğul Rafael ata Rafaelin həyatını dəyişib

26.11.2022 16:22 335
İdman
İspaniyalı tennisçi Rafael Nadal oğlunun dünyaya gəlişi ilə həyatının necə dəyişməsindən bəhs edib:

“Həyatdakı bütün dəyişikliklərə uyğunlaşmaq üçün vaxt tələb olunur. İlk dəfə ata olmağımın üzərindən 6 həftə keçir. Əvvəlki vaxtlarla müqayisədə daha çox yorulur və daha az yatıram. Bundan başqa, həyatımda həmin ana qədər heç görmədiyim qayğılar peyda olub. Mən oğlu ilə keçirdiyi hər andan ləzzət almağa çalışan adi və xoşbəxt atayam”.


“Böyük dəbilqə” turnirlərinin 22 qat qalibi ilə xanımı Mariya Fransiska Perelyonun ailəsində oktyabrın 8-də artım olub.

Cütlük dünyaya yeni gələn uşağa da Rafael adını qoyub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul