"Sabah"ın əzici üstünlüyünün səbəbi

24.11.2022 18:51 426
Ölkə kuboku / Manşet
Dünən Azərbaycan kubokunun 1/8 final mərhələsinə yekun vuruldu.

Diqqət çəkən oyunlardan biri də "Sabah" - "Qaradağ Lökbatan" matçı idi. Qarşılaşma Masazır təmsilçinin 5:0 hesablı zəfəriylə başa çatdı.

"Football-plus.az" saytı olaraq 1-ci divizionun son çempionunun baş məşqçisi Səbuhi Həsənovun oyunla bağlı fikrini öyrəndik:

"Sabah" premeryer-liqanin ən yaxşı komandalarından biridi. Masazır təmsilçisiylə oyun mən və oyuncularımız üçün yaxşı təcrübə oldu. Bu həm də məşqçi kimi kubokda ilk oyunum idi.
Əlbəttə, istəməzdik böyük hesabla uduzaq. Amma son 2 qolu oyunun son dəqiqələrində buraxdıq. Bu da təcrübəsizlikdən irəli gəlir. Divizion oyununda belə fərdi səhvlər bağışlansa da, "Sabah" kimi komanda bağışlamır. Hesab bizi qane etməsə də, futbolçularımın çıxışından razı qaldım".

ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul