“Football-plus.az” saytı olaraq 36 yaşlı qapıçı ilə əlaqə saxlayıb bu fəallığının səbəbini soruşduq. Nəzirovun cavabı belə oldu:
"Hesabda geridə idik. Ona görə də komanda yoldaşlarımı irəli səsləyirdim. Sağ olsunlar, mənə tək komanda yoldaşı yox, həm də yaşda böyük kimi hörmət edirlər. "Sabah"la matçda ən azı 1 xal qazanmağımızı istəyirdim. Bu üzdən yerimdə oturmayıb, komanda yoldaşlarıma motivasiya verməyə çalışdım".
ABDULLA İSMAYILOĞLU



