"Qəbələ" 40-a çatdı

22.11.2022 22:53 484
Premyer-liqa
“Qəbələ” Azərbaycan kubokunda 40-cı qələbəsini qazanıb.

Bu yubiley 1/8 final mərhələsinin “Araz Naxçıvan”la oyununa təsadüf edib. “Qırmızı-qaralar” ev matçında 5:0 hesablı qələbə qazanıb. Bu, komandanın kubokdakı 75-ci matçına təsadüf edib.

Yarışda 2005/06 mövsümündə debüt edən “Qəbələ” 22 dəfə evdə, 17 dəfə səfərdə, 1 dəfə neytral meydanda qalib gəlib. İlk qələbə 2005-ci il sentyabrın 14-də MOİK-lə ev matçına təsadüf edib – 2:0.