"Sabah ağıllı oyuna üstünlük verməliyik" - De Byazi

19.11.2022 14:24 360
Yığma
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Şimali Makedoniya yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl fikirlərini bölüşüb.

Football-plus.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqib yaxşı komandadı. Onların keyfiyyətli oyunçuları var”.


66 yaşlı mütəxəssis makedoniyalı bəzi futbolçuların Avropa klublarında çıxış etdiyini xatırladıb:

“Onların İtaliya seçməsi ilə matçını futbolçulara göstərmişəm. Sabah ağıllı oyuna üstünlük verməliyik. Bu komandaya qarşı yaxşı müqavimət göstərmək üçün gücümüz var".


Sabah baş tutacaq Şimali Makedoniya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 17.00-da start veriləcək.