Meyvezer: “Pul irsdən vacibdi”

18.11.2022 19:30 330
İdman
Beş çəki dərəcəsində sabiq dünya çempionu Floyd Meyvezer (kiçik) onu sərgi döyüşlərinə görə tənqid edən adamlara maraqlı cavab verib:

“Adamlar tez-tez deyirlər ki, aha, Floyd yenə sərgi döyüşünə çıxdı. Mənim fəlsəfəm isə fərqlidi – heç vaxt pul qazanmağı dayandırmamaq! Pul irsdən vacibdi. Əmin olun ki, bundan sonra bir daha belə görüşləırə çıxmasam belə, yaxşı həyat yaşaya bilərəm”.

Maraqlıdı ki, Meyvezer noyabrın 13-də keçirilən son belə döyüşdə bloger Ceciyə 6-cı raundda texniki nokautla qalib gəlib.