Meyvezer helikopter meydançasında döyüşəcək

10.04.2022 10:53 597
İdman
5 çəki dərəcəsində sabiq dünya çempionu, amerikalı Floyd Meyvezer (kiçik) indiyə qədər məğlub olmayan həmvətəni Don Murla döyüşəcək.

Döyüş 8 raunddan ibarət olacaq. “The Global Titans Fight Series” adlanan şou mayın 14-də Dubayda – “Bürc Əl Ərəb” otelinin helikopter meydançasında keçirilməlidi. 45 yaşlı Meyvezerlə yanaşı, Anderson Silva, Bruno Maçado, Badu Cek kimi ulduzların da şouda iştirakı planlaşdırılır.