Balaca karateçinin böyük uğuru

16.11.2022 15:01 821
İdman
“Sərhədçi” İdman Kompleksində Kyokşin karate üzrə Azərbaycan çempionatına yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, “Katana” klubunun üzvü Rəsul Əfəndiyev öz çəki dərəcəsində bütün rəqiblərini qabaqlayaraq, Azərbaycan çempionu adını qazanıb. Qeyd edək ki, bu uğur Rəsul Əfəndiyev üçün birinci dəfə deyil. 2013-cü il təvəllüdlü Rəsul Kənan oğlu artıq üçüncü dəfə Azərbaycan çempionatının qalibi olur.

Qeyd edək ki, bu dəfəki Azərbaycan çempionatı “Katana” klubunun təmsilçiləri üçün uğurlu olub. Təcrübəli mütəxəssis Rafael Abdullayevin digər yetirmələri də mükafatçılar sırasına düşməyi bacarıblar. Onlardan Güllü Əhmədova, Nəzrin İmancanova, Fərid Aslanov, Səid Abdullayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Şamo İsrafilov və Məhəmmədəli Şıxalizadə gümüş medala layiq görülüblər. “Katana” idman klubunun yetirmələrindən bürünc medal qazananlar Mətin Bayramzadə və Turqay Alızadə olub.


Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul