"Football-plus.az" xəbər verir ki, fransalı müdafiəçi “Bavariya”dan ayrılmaq istəyini etiraf etmişdi. Maraqlıdı ki, o, yeni komandasında ampluasını qismən dəyişmək istəyir. “Milan” və “Real”ın maraq dairəsində olan Benjamen bu haqda belə deyib:
“Artıq 7 ildi Almaniyada oynayıram. Ştutqartda çox dostlarım var. “Bavariya” ilə kifayət qədər titul qazanmışam. Meydana yalnız qələbə üçün çıxıram və yeni perspektivləri mərkəz müdafiəçisi kimi nəzərdən keçirmək istəyirəm”.
“Bavariya”ya müqavilə ilə 2024-cü ilədək bağlı olan Pavar müdafiənin cinahında çıxış edir. O, bu mövsüm meydana çıxdığı 20 oyunda 4 qol vurub.

