• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nicat Qurbanov “Neftçi”nin transferlərdə tələsdiyini düşünür - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

12-11-2022, 18:0

Futbolun İnkişaf Fondunun regionlar üzrə nümayəndəsi Nicat Qurbanov da “Turan Tovuz” – “Şamaxı” görüşünü izləyənlər arasında idi.

Fürsətdən istifadə edib onunla Misli premyer-liqasının arxada qalan 13 turunu dəyərləndirdik. Sabiq futbolçu başqa mövzularla bağlı da maraqlı açıqlamalar verdi.

- Ölkə çempionatının 13 turu arxada qalıb. Komandaların bu müddət ərzindəki çıxışını necə qiymətləndirərdin?

- Sözsüz, çempionatın favoriti "Qarabağ"dı. Bütün rəqiblərindən ən azı bir baş üstündü. Ağdam təmsilçisi haqda əlavə şərhə ehtiyac da yoxdu. "Sabah" bu mövsümdən yüksəlişdıdi. Çox yaxşı, rəqabətli komanda formalaşıb. Düşünürəm ki, Murad Musayevin yetirmələri mövsümü ilk "3-lük"də başa vurmaq hədəfinə çatacaq. 14-cü turda keçiriləcək "Sabah" - "Qarabağ" matçı çempionluq uğrunda mübarizədə çox önəmlidi. Bu görüşün nəticəsi çox şeyə aydınlıq gətirə bilər.
- Sabiq komandan "Neftçi" “qara zolaq”dan çıxa bilmir. Hətta son turda "Sumqayıt" səfərində məğlubiyyətə bərabər heç-heçəyə nail oldu. "Ağ-qaralar"ın dalana dirənməsinin səbəbi nədi?
- Həmin görüşü stadiondan canlı izləyirdim. Həqiqətən də "Sumqayıt" çox yaxşı çıxış etdi. Hətta oyunun sonlarında yüzfaizlik imkanlardan yararlansaydılar, qələbə də qazana bilərdilər. Samir Abasovun gedişindən sonra "Neftçi" xoş günlər yaşamır. Yeni baş məşqçi də gec təyin olundu. Bu da futbolçularla onun arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə, yeni transferlərin həyata keçirilməsinə, komandanın komplektləşməsinə təsirsiz ötüşmədi. Amma artıq rumıniyalı mütəxəssis bir neçə aydı burdadı, hətta "Neftçi" avrokubokdan kənarda qalandan sonra bütün gücünü çempionata yönəltməliydi. Amma göründüyü kimi, "ağ-qaralar" qeyri-sabit çıxışla “göz oxşayır”. Qısası, "Neftçi" çempionluq iddiasında olan komandaya yaraşmayan oyun sərgiləyir. Çempionluq üçün döyüşən komandanın gərək sabit heyəti olsun. Fikrimcə, yay “transfer pəncərəsi”ndə heyətə cəlb olunan futbolçularla bağlı tələskənliyə yol verildi. Daha yaxşı tranferlər həyata keçirmək olardı. Bundan başqa, görünən odu ki, Regekampf istədiyini yetirmələrinə çatdıra və onlardan gözlədiklərini meydanda ala bilmir. Qışda "Neftçi"də mütləq dəyişikliklər olmalı, daha keyfiyyətli futbolçular komandaya qoşulmalıdı. Bu qədər xal itkisi və qeyri-sabit oyunla çempionluğa oynamaq çox çətin olacaq. Çünki "Qarabağ"la xal fərqi çoxdu və bunun artacağı da şübhə doğurmur.

- "Neftçi" üçüncü pilləni də itirə bilər?

- Açıq demək lazımdı, komandanın hazırkı oyunu və xal itkiləri onu 3-cü pillədən də aşağı sala bilər. "Sabah" hər iki oyunda "ağ-qaralar"ı üstələyərək 2-ci pilləyə daha layiq olduğunu göstərdi. Çünki gümüş medal uğrunda "Neftçi"nin əsas rəqibi məhz "Sabah"dı. Bundan başqa, Regekampfın komandasına "Zirə" və "Qəbələ" də addım-addım yaxınlaşır. Onların ötən mövsüm olduğu kimi, bu dəfə də avrokuboka vəsiqə uğrunda mübarizə aparacağı şübhə doğurmur. Düşünürəm ki, 3-cü pillə uğrunda çempionatın sonuna kimi hər üç komanda arasında ölüm-qalım mübarizəsi gedəcək.

- "Zirə" və "Qəbələ" haqda da danışardın…

- "Qəbələ" ötən mövsümdəki kimi kreativ futbol sərgiləyir. Cari mövsümə də yaxşı başladılar. Hər bir komandanın oyununda eniş olduğu kimi, "qırmızı-qaralar"da da bu hal baş verdi. Amma etiraf etmək lazımdı ki, Elmar Baxşıyevin yetirmələri uduzduqları matçlarda da gözəl futbol oynayır, sona qədər döyüşür. Son turda doğma meydanda "Zirə"yə qarşı da yaradıcı futbol oynadılar və Ülvi İsgəndərovun gözəl qoluyla qələbə qazandılar. Fikrimcə, həmin görüşdə "Qəbələ" 2 top fərqiylə də qələbə qazana bilərdi. Çünki Murad Musayevin zərbəsindən sonra top dirəkdən qayıtdı. Bu qələbə növbəti qarşılaşmalarda onlar üçün motivasiya olacaq. "Zirə"yə gəlincə, istər "Qəbələ" ilə, istərsə də digər görüşlərdə oyun planında monotonluq diqqəti çəkir. Qəsəbə təmsilçisi çempionatın gedişində performansını artırır. Məncə, "Zirə" ötən mövsüm olduğu kimi, bu dəfə də mükafatçılar sırasında yer almaq üçün döyüşəcək.

- Ötən illə müqayisədə "Səbail"in büdcəsi artdı, komandanın “sükanı arxasına” Mahmud Qurbanov gətirildi. Amma "dənizçilər" bərbad çıxışla yadda qalır. Səbəbi nədə görürsən?

- "Səbail"də hələ də oyun fəlsəfəsi formalaşmayıb. Hər matçda rotasiyalar edilir. Buna rəğmən, oyun planında və nəticələrində inkişaf yoxdu. Bunun əsas səbəbini komandaya cəlb olunan legionerlərin zəifliyində görürəm. "Dənizçilər"in əcnəbiləri yerli futbolçulardan üstün deyil. Halbuki klubun büdcəsi daha səviyyəli oyunçular transfer etməyə imkan verir. 6-cı yer uğrunda "Turan Tovuz"la "Səbail" arasında rəqabət olacağını düşünürəm. "Turan Tovuz" zatən heç kimin gözləmədiyi halda sıçrayış edərək 6-ci pillədə qərarlaşıb. Halbuki heç kim tovuzlulardan belə performans gözləmirdi. Ayxan Abbasov həqiqətən çox mübariz, döyüşkən komanda formalaşdırıb, tovuzlu azarkeşlərin də doğma klublarına dəstəyi görünür. Qışda "Səbail"də ciddi dəyişikliklərin olacağı şübhə doğurmur. Əks halda "Şamaxı", "Sumqayıt" və "Kəpəz" "dənizçilər"i keçəcək.

- Qışda Mahmud Qurbanov "Səbail"dən göndərilə bilər?

- Bu barədə fikir bildirməyim düzgün çıxmaz.

- Vaxtilə rəhbərliyi altında çıxış etdiyin Samir Abasov "Sumqayıt"ı dirçəldə biləcək?

- Bu mövsüm "Sumqayıt"da daha uğurlu çıxış gözləsək də, əksi baş verdi. Komandada baş məşqçi dəyişikliyi gerçəkləşdi. “Gənclik şəhəri” təmsilçisinin heyətindəki legionerlər də eynilə "Səbail"in əcnəbiləri kimi yerlilərdən üstün deyil. Samir müəllimin dəst-xətti "Neftçi"ylə matçda göründü, komanda çox istəkliydi. Əminəm ki, qış fasiləsindən sonra fərqli "Sumqayıt" görəcəyik.

- Belə görünür ki, "Şamaxı", "Sumqayıt" və "Kəpəz" arasında sonuncu olmamaq uğrunda mübarizə gedəcək. Kim daha şanslıdı?

- Tərlan Əhmədovun gəlişindən sonra "Kəpəz"də canlanma hiss olunur. Həm oyun planında, həm də nəticələrdə irəliləyiş gözə çarpır. Çempionatın hazırkı axarı onu göstərir ki, elitada qalmaq uğrunda "Sumqayıt"la "Şamaxı" arasında gərgin mübarizə gedəcək. Amma qış fasiləsindən sonra da fərqli mənzərə görə bilərik. Sonuncu olmamaq üçün mübarizənin premyer-liqaya daha da rəng qatacağını düşünürəm.

- "Qarabağ"ın Avroliqada mübarizəsini dayandırması haqda nə deyərdin?

- Həqiqətən Avroliqanın qrupundakı son oyunlarında "Qarabağ"ın bəxti gətirmədi. Bu da azarkeşləri üzdü. Ağdam təmsilçisi oyun planında rəqiblərindən geri qalmır, hətta onları üstələyirdi. Qurban müəllimin yetirmələri uduzduqları matçlarda da üstün oyunla göz oxşayırdı. Çox istərdik ki, Avroliqanın pley-offunda mübarizəni davam etdirsinlər, buna şans da vardı. Amma alınmadı. Əsas odu ki, "Qarabağ" Konfrans Liqasında mübarizəni davam etdirir. İnanıram ki, fevralda "Gent"lə matçda sevinən tərəf olacağıq.

- Futbol ictimaiyyəti və azarkeşlər arasında "Qarabağ"ın uğursuzluğunda Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə və Kevin Medinanı günahlandırırlar. Sən necə düşünürsən?

- Futbolçuları ayırmaq istəməzdim. Komanda uduzursa, bütün kollektiv günahkardı. İstər Bəhlulun, istərsə də Kevinin epizodları olsun, səhv ön xətdən başladı və müdafiədə tamamlandı. Şahruddinə gəlincə, o yaxşı qapıçıdı. Bəli, səhvləri oldu. Amma onun seyvlərini də unutmaq olmaz. Ümumiyyətlə, qapıçı meydanda sonuncu oyuncudu deyə, səhvləri daha çox gözə dəyir. Əminəm ki, heç bir futbolçu meydanda səhv edərək komandasını pis vəziyyətdə qoymaq istəməz. Bir reallıq da var ki, istənilən futbolçu uzun müddət sabit çıxışla diqqəti çəkə bilməz. Yəni futbolçuların oyununda enişin olması normaldı. Ona görə də futbolçuların üzərinə çox getməyi doğru saymıram.

- Milli komadanın seçmə mərhələdə perspektivi haqda fikrin necədi?

- Yığma haqda danışmaq çox çətindi. Güclü rəqiblərin yer aldığı qrupdayıq. Belçika və İsveçlə oyunlar çox ağır keçəcək. Amma qalan rəqiblərlə mübarizə aparmaq olar. Düşünürəm ki, ev oyunlarında mübarizlik göstərməklə daha çox xal toplaya bilərik. Ümumilikdə millimizin qrupda sonuncu olmayacağına inanıram.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

22-07-2022, 16:0

Azərbaycan premyer-liqasında yeni mövsümün təqvimi açıqlandı

Premyer-liqa / Manşet

28-10-2022, 16:0

"Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi

Premyer-liqa / Manşet

9-11-2022, 16:0

"Qarabağ" "Turan Tovuz"u məğlub etdi - YENİLƏNİB

Premyer-liqa / Manşet

20-10-2022, 20:0

"Qarabağ"dan böyükhesablı qələbə - YENİLƏNİB

Premyer-liqa

28-10-2022, 11:0

Premyer-liqada 12-ci turun təyinatları məlum oldu

Premyer-liqa

15-07-2022, 19:0

Azərbaycan premyer-liqasında ilk üç turun oyunları açıqlandı

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 327
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə