Football-plus.az xəbər verir ki, polşalı 2021/22 mövsümündə Avropada ən çox qol vuran futbolçu ünvanına sahib olub. Bu məlumatı "Barselona"nın rəsmi saytı yayıb. Levandovskiyə mükafatı Karles Puyol təqdim edib. Hücumçu naliyyəti ilə bağlı hisslərini klubun rəsmi saytına açıqlayıb:
"Bu mükafata görə keçmiş komandama və yoldaşlarıma çox təşəkkür edirəm. "Barselona"da olmaqdan məmnunam. Ümid edirəm ki, növbəti il daha uğurlu olacaq. Burda olmaq mənim üçün önəmlidi. Səhvlərimiz oldu. "Barselona"da yeni dönəm başlayıb. Səhifə dəyişir, pozitiv olmalıyıq".


