Növbəti mövsüm nə vaxt başlayacaq?

9.11.2022 20:51 323
Dünya futbolu
İngiltərə çempionatının növbəti mövsümün start və sona çatma tarixləri məlum olub.

Premyer-liqada 2023/24 mövsümü gələn il avqustun 12-də start götürəcək və 2024-cü il mayın 19-da yekunlaşacaq. Növbəti mövsümün 38 turundan 34-ü həftəsonu keçiriləcək. Üç tur həftənin ortasında, bir tur isə bayram günlərində oynanılacaq.