Həmin an azarkeşlər gözlənilmədən Ramil Şeydayevi hədəfə aldı. “Formanı çıxar” deyənlərin bu addımı futbolçunu da qəzəbləndirdi. Lakin qalan oyunçuların da müdaxiləsi ilə Şeydayev sakitləşdi və ordan uzaqlaşdı.
Maraqlıdı, azarkeşləri qəzəbləndirən nə idi? Onların komandanın əsas qol silahlarından olan Ramil Şeydayevə “münasibətinin” arxasında nə giizlənir? Bu sualla “İmarət” azarkeş qrupunun üzvlərindən Şəms Azadiyə müraciət etdik. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Bir-iki nəfərin hərəkəti “İmarət”in mövqeyi ola bilməz. Bizim addımımız olsaydı, rəsmi səhifəmizdə bəyanat yayardıq. Mən də videoya baxmışam. Ola bilər ki, Ramilin oyunundan razı olmayıb, əsəblərini cilovlaya bilməyərək elə şüar səsləndiriblər. Amma yenə deyirəm, bu “İmarət”in mövqeyi deyil. Göründüyü kimi, şüarı bütün tribuna səsləndirməyib. Az sayda azarkeşin oyunun gərginliyindən irəli gələn etirazı bütün qrupun etirazı sayıla bilməz”.
ŞAİR ABDULLA

