Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının noyabrın 7-dən 13-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Komandamız hazırlıq çərçivəsində noyabrın 10-da və 13-də Xorvatiya millisi ilə iki yoldaşlıq oyunu keçirəcək. “Dalğa Arena”da keçiriləcək hər iki qarşılaşma saat 16.00-da başlayacaq.