Luka Modriç daha bir göstəriciyə imza atıb.
O, Çempionlar Liqasının "Leypsiq"lə görüşünə start heyətində çıxıb. Bununla da, xorvatiyalı "kral klubu"nun Ferens Puşkaşdan sonra turnirdə oynayan ən yaşlı futbolçusu olub. Macarıstanlı bunu 38 yaş 229 günlüyündə bacarıb.