Komandamız EHF kubokunda mübarizəni dayandırdı

31.10.2022 10:14 299
İdman
Kişi həndbolçuları arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində ölkəmizi təmsil edən “Bakı” Bosniya və Herseqovinanın “Qraçanisa” klubu ilə cavab görüşünü keçirib.

"Footbal-plus.az" xəbər verir ki, oyun yenə təmsilçimiz üçün uğursuz alınıb.

İlk görüşdə 17:33 hesabı ilə uduzan həndbolçularımız bu dəfə 28:37 hesabı ilə məğlub olublar.

Beləliklə, Bosniya və Herseqovinada keçirilən iki oyunun nəticəsinə əsasən, “Bakı” EHF kuboku yarışlarında iştirakını dayandırıb.