4 boksçumuz qələbə qazandı - Avropa çempionatı

4.10.2026 21:53 27
İdman
Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatının ilk günündə rinqə çıxan millimizin 4 üzvünün hər biri qələbə qazanıb.

"Football-plus.az" xəbər verir ki, Əli Abaslı (60 kq) 1/16 finalda Abdurahim Sounu (Belçika) sınağa çəkib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

O, ikinci görüşündə Zeki Uğurla (Türkiyə) üz-üzə gələcək.

Yusif Həsənli (66 kq) Adrian Silvaya (Portuqaliya) gücünü göstərib. Təmsilçimiz rəqibini 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib.

Həsənli 1/8 finalda Lukas Fulanoviçlə (Xorvatiya) münasibətinə aydınlıq gətirəcək.

Hidayət Məmmədov (70 kq) da 1/16 final döyüşünü aktivinə yazıb. O, Demid Kloçkoya (İsrail) ilk raundda qalib gəlib.

Boksçumuz növbəti qarşılaşmasında Joel Şutsla (İsveçrə) gücünü yoxlayacaq.

Yusif Ağakişiyev (75 kq) isə 1/16 finalda Eduard Tancerikanı (Rumıniya) yarışdan kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27).

Boksçumuz ikinci görüşündə İvor Li (İngiltərə) ilə qüvvəsini sınayacaq.

Hər 4 döyüş oktyabrın 6-da baş tutacaq.

40 ölkədən 473 idmançının qatıldığı yarışın qaliblərinin adına oktyabrın 11-də aydınlıq gələcək.