Daniel Alveş istəyinə çatmağa yaxındı.
“Barselona” rəhbərliyi onunla yeni müqavilə imzalamaq qərarına gəlib. İspaniya mənbələri 39 yaşlı müdafiəçinin karyerasını davam etdirmək niyyətində olduğunu bildirir. Çünki Daniel bu ilin sonunda Qətərdə keçiriləcək dünya çempionatı üçün milli komandaya qoşulmağı planlaşdırır.
Qeyd edək ki, Alveş bu mövsüm bütün turnirlərdə 16 oyunda iştirak edib. 1 qol vurub və 3 məhsuldar ötürmə edib.