La Liqada 100-cü məhsuldar ötürməni etdi

8.05.2022 13:34 398
Dünya futbolu
“Betis” ilə dünən keçirilən oyun Daniel Alveş üçün əlamətdar olub.

“Barselona” son dəqiqələrdə onun Xordi Albaya ötürməsi nəticəsində 2:1 hesabı ilə qalib gəlib. Braziliyalı müdafiəçi La Liqada 100-cü məhsuldar ötürməsini edib. Bu liqada daha əvvəl “Sevilya”nın da formasını geyən Alveş son 30 ildə assist sayına görə 3-cü yerdədi.

39 yaşlı futbolçu La Liqada bu panda Lionel Messi (189) və Luiş Fiqudan (107) geri qalır.