“Vankuver” 7 oyunluq məğlubiyyət seriyasını bitirdi

29.10.2022 11:11 261
İdman
“Sietl” – “Vankuver” oyunu qonaqlar üçün əlamətdar oldu.

Football-plus.az xəbər verir ki, “Kenaks” cari mövsümdə ilk qələbəyə sevindi. Komanda mövsümün əvvəlində bəri ardıcıl 7 oyunda uduzmuşdu.

Bryus Budronun çalışdırdığı “Vankuver” bununla da tarixindəki ən pis start seriyasını bitirdi. 67 yaşlı mütəxəssis həm də müntəzəm çempionatda 600-cü qələbəsini qazanmaqla MHL tarixinə bunu bacaran 22-ci məşqçi kimi düşdü.