Harri Keynin yaxın gələcəkdə “Bavariya”da oynaya biləcəyi haqda xəbərlər yenidən baş qaldırıb.
"Football-plus.az" xəbər verir ki, jurnalistlər bu sualla Hasan Salihamiciçə müraciət ediblər. Lakin “Bavariya”nın idman direktoru Keynlə bağlı sualdan qaçıb:
29 yaşlı ingilis futbolçunun “Tottenhem”lə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Bu komandada 2013-cü ildən oynayan Harri cari mövsümdə meydana çıxdığı 16 matçda 11 qolun və 2 məhsuldar ötürmənin müəllifi olub.