Yulian Naqelsmann “Tottenhem”in hücumçusu Harri Keynin “Bavariya”ya mümkün transferi ilə bağlı xəbərə reaksiya verib.
Football-plus.az xəbər verir ki, almaniya klubunun baş məşqçisi bu haqda belə deyib:
"Bu keçid çox bahadı, problem də budu. Keyn parlaq oyunçudu, əslində öz mövqeyində oynaya bilən iki və ya üç ən yaxşı mərkəz hücumçusundan biridi. O, çox güclüdü, möhkəm ayaqları, yaxşı baş zərbəsi var. Bəlkə də bundesliqada daha çox qol vura bilər. Dəqiq qiymətini bilmirəm, amma “Bavariya” üçün onu almaq çox çətindi. Gəlin görək, gələcəkdə nə olacaq. Harri ilə bağlı son xəbər maraqlı səslənir...”
Naqelsmannın bu açıqlaması Antonio Konteni qıcıqlandırıb. “Tottenhem”in baş məşqçisi həmkarına belə cavab mesajı yollayıb:
“Sözün düzü, bu haqda eşitməmişəm. Mən, əlbəttə ki, başqa klubların oyunçuları haqda danışan məşqçilərdən deyiləm. Bu mövzunun nə üçün müzakirə olunduğunu bilmirəm. Vəziyyət açıq-aşkar aydındı: Harri “Tottenhem”in layihəsinin vacib hissəsidi. Bu, yalnız şayiədi. Amma başqa komandaların oyunçuları haqda danışmağı heç xoşlamıram. Nəsə etmək istəyirəmsə, bunu media vasitəsilə etmirəm. Ola bilsin, əks hərəkət başqa klublara qarşı hörmətsizlik olardı”.