"Sumqayıt"ın 70-ci ev məğlubiyyəti

24.10.2022 11:15 369
Premyer-liqa
“Sumqayıt” premyer-liqada 70-ci ev məğlubiyyətini alıb.

"Football-plus.az" PFL-ə istinadən xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Misli premyer-liqasının 11-ci turunun “Zirə” ilə görüşündə iki cavabsız qol buraxıb.

Komanda öz meydanındakı 169-cu qarşılaşmada 70-ci dəfə xalsız qalıb. Sumqayıtlılar evdə 70 və daha çox oyunda uduzan 5-ci komanda olub.

Qeyd edək ki, “Sumqayıt” ilk ev yenilgisini 2011-ci il avqustun 14-də “Qəbələ”dən alıb – 1:2.