"Səbail"dən anti-rekord

8.08.2022 11:55 411
Premyer-liqa
“Səbail” premyer-liqada 40-cı səfər məğlubiyyətini alıb.

Football-plus.az
xəbər verir ki, məlumatı PFL-in rəsmi saytı yayıb.

Bu, 2022/23 mövsümünün ilk turuna təsadüf edib.

Misli premyer-liqasına “Qarabağ”a 1:3 hesablı məğlubiyyətlə başlayan Bakı klubu bunadək 39 səfərdən xalsız dönüb. Paytaxt təmsilçisi rəqib meydanındakı 67 görüşdə 14 qələbə və 13 heç-heçəyə də nail olub.

Qeyd edək ki, premyer-liqada 2017/18 mövsümündə debüt edən “Səbail” səfərdəki ilk məğlubiyyətini 2017-ci il avqustun 13-də “Zirə”dən alıb – 1:2.