• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Həbib Nurməhəmmədov oktaqon üçün darıxanda nə edir?

İdman

23-10-2022, 11:0

Həbib Nurməhəmmədov sonuncu dəfə oktaqonda iki il əvvəl görünsə də, daim diqqət mərkəzində olan adamlardandı.

Sabiq UFC çempionu “Wahed” “yutub” kanalına müsahibəsində yenə maraqlı açıqlamalar verib. Dağıstanlı döyüşçü faizlə kredit verməyi və sələmçiliyi kəskin qınayıb:

“Biznesdə çoxlu haram pul qazanmaq yolları var. Bir müsəlman kimi sələmçilikdən daim uzaq durmağa çalışmışam. Sələmə pul vermək böyük günahdı. Ancaq bu mənim üçün çətin durumdu – pulu harda saxlamalı? Haralarasa yatırım edirəm, ancaq Amerikadakı bank hesabımda da pul var. Bu pulları halal yerdə saxlasaydım, xoşbəxt olardım. Ancaq... Bankın pulumdan yararlandığını bilirəm. Bank hesabımda milyonlarla dollar varsa, bank onu nə edəcək? Təbii ki, ya faizlə kredit verəcək, ya da başqa harasa xərcləyəcək. Ancaq mənim alternativim yoxdu, pulumu harda saxlayım? Cibimdə saxlayası deyiləm ki?! Bu üzdən sevinirəm ki, halal investisiya ilə məşğul olan “Wahed” şirkəti mənimlə əlaqə saxladı, baxışlarımız, missiyamız eynidi. Mənim üçün sələmin, faizlə kreditin olmadığı platformanın yaranmasında iştirak çox vacibdi. Sələmçilik ən böyük günahlardan biridi. Bu nəinki bir adamı, şəhərləri, ölkələri də öldürür. Demək olar ki, qatilliyə bərabər günahdı”.


Vaxtilə 70 kq-a qədər çəki dərəcəsində çıxış edən dağıstanlı döyüşçü hazırda bu baxımdan üzləşdiyi problemlərdən də danışıb:
“Sevimli yeməklərim? Toyuğu, salatı, burgerləri sevirəm, ancaq hamısını yox. Yüksək keyfiyyətdə olanını. Qazlı suyu sevirəm. Ancaq son bir neçə gündə, yəni bir həftədə qazlı suyu yığışdırmışam. Ona görə ki, indi uşaqlarla toplanışdayam, fiziki hərəkətlər zamanı onlarla ayaqlaşmalıyam. Qazlı su içəndə adam özünü ağır hiss edir. Özünə, çəkinə nəzarət etmək çox vacibdi. Mən özümü 93 kq-da saxlayıram. Yaxın 10 ildə bu səviyyədə qalmaq hədəfimdi. Bundan artıq olmasın. Bundan aşağı da çətindi. Aşağı salmaq üçün pəhriz saxlamaq, şəkərdən qaçmaq lazımdı. Mən isə enerjimi alan adamlarla da görüşməli oluram. Ətrafımda enerji verən adamların sayı çox deyil. Şəkər, qazlı su bəzən adama enerji verir”.


Həbibin hər gün sosial şəbəkələrdə və mesencerdə nə qədər vaxt keçirməsi də azarkeşləri üçün maraqlı olar:
“Sosial şəbəkələrlə yaşamağa məcburuq. Bunlarsız indi çox çətindi. Gündə bir saat “instaqram”da oluram. “Vatsap”da gündə 4-5 saat olmağım da dəqiqdi. Hələ yatmaq, məşq etmək, maşın sürmək, ailə ilə vaxt keçirmək, bizneslə də məşğul olmaq lazımdı. Və bütün bunlar üçün cəmi 24 saat var. Odu ki, dəqiq qrafik lazımdı. Bu ilin sonuna qədər bütün günlərin qrafikini qurmuşam. Oktyabr, noyabr, dekabr – hər gün harda olacağımı bilirəm. Əlbəttə, sabah nə olacağını yalnız Allah bilir. Ancaq ilin sonuna qədər biletlərim, planlarım hazırdı. Bəzən kəndimə uçur, telefonu söndürür, orda üç-beş gün, bir həftə keçirirəm. Vəssalam. Bəzən hər şeydən qopmaq lazımdı. Dünya indi çox kiçikləşib, hamı hər şeyi bilir”.


Təbii ki, Həbibə oktaqon üçün darıxıb-darıxmamaqla bağlı sual da verilib:
“Düzünü desəm, döyüşlər üçün darıxmıram. Darıxanda idman zalına yollanır, güləşir, məşq edirəm. Enerjimi xərcləyirəm. Yenidən qəfəsə dönmək? Yox, bunun üçün darıxmıram. Əlbəttə, döyüşmək xoşuma gəlirdi, ona görə ki, məşğul olduğun işi sevməlisən. Böyük idman həvəskarıydım, hədəfim ən yaxşı, çempion olmaq idi. Ancaq karyeramı bitirəndə hər şey bitdi. Heç nə məni dönməyə məcbur edə bilməz. Heç vaxt. Həmişə kimsə çempion olacaq. Mən çempion olmuşam, indi başqa çempion var və bu da normaldı. Bitir və “bay-bay” de. Pul qazanmaq üçün qala bilərsən, ancaq bir daha heç vaxt çempion olmayacaqsan”.

Paylaş:
Digər xəbərlər

İdman

6-07-2022, 18:0

Həbib Nurməhəmmədov Mahaçqaladan Moskvaya pilot kabinəsində uçub

İdman

9-10-2022, 10:0

“Həbibin UFC karyerasında güclü döyüşçülər olmayıb”

Aktual
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
  • Dünən, 21:00
    Millimizin San Marinoya qarşı start heyəti
  • Dünən, 20:55
    U-21 millimiz Qırğızıstana uduzdu
  • Dünən, 20:45
    Azərbaycan boks tarixində ilk
  • Dünən, 20:21
    Yeni Zelandiyanın yeni “ulduzu” kimdi?
  • Dünən, 19:50
    U-20 millimiz ilk matçda qələbə qazandı
  • Dünən, 19:35
    U-17 millimiz Qazaxıstana yenə uduzdu
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 172
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 161
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə