Elxan Abdullayev: “Çalışacağıq ki, xalqımızı qələbələrlə sevindirək”

20.10.2022 15:58 598
Yığma
U-17 millimiz Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

Football-plus.az xəbər verir ki, komanda oktyabrın 24-də Ukrayna, 27-də Lixtenşteyn, 3 gün sonra isə meydan sahibi Bosniya və Hersoqovina ilə qarşılaşacaq. Dünən U-17-nin baş məşqçisi Elxan Abdullayevlə əlaqə saxlayıb, səfərə hansı nəqsədlə yollanacaqlarını soruşduq:

“Oktyabrın 13-də toplanışa başlamışdıq. İnşallah, sabah yola düşürük. Hər şey hazırlıq planı çərçivəsində oldu. Toplanışda 20 futbolçu iştirak etdi. Reqlamentə uyğun seçmə mərhələyə 20 futbolçu aparırıq. Düşdü, zədəlilərimiz var, 2-3 futbolçu komandaya qoşula bilmədi. Amma onları əvəz edənlər də özlərini yaxşı tərəfdən göstərirlər. İnşallah, onlara da şans verəcəyik. Rəqiblər haqda da məlumatlıyıq. Qrupda Ukrayna və Bosniya və Hersoqovina kimi güclü rəqiblər var. Onların oyunlarının videoyazısını əldə edib incələmişik. Hər üç rəqib haqda məlumatlıyıq. Bu yöndə çətinliyimiz yoxdu. Proqnoz verməyi xoşlamıram. Amma maksimum çalışacağıq ki, yaxşı oyun nümayiş etdirək və xalqımızı, futbolsevərləri qələbələrlə sevindirək. Düzdü, bəxtimizə top-komandalar düşməyib. Amma yenə də güclü kollektivlərdi. Hər birinə hörmətlə yanaşırıq. Səfərdən yaxşı nəticə ilə dönmək üçün əlimizdən gələni edəcəyik".


Ukrayna millisinin baş məşqçisi Yuri Moroz da AÇ-2023-ün seçmə mərhələsi haqda danışıb:

“Rəqiblərlə bağlı yetərincə məlumatımız var. Komanda onları bu turnirdə nələrin gözlədiyini başa düşməlidi”.


ŞAİR ABDULLA