İngiltərə karyerası əla başlayan və ''Mançester Siti''də ''torba-torba'' qollar vuran Erlinq Holannın meneceri Rafaela Pimenta maraqlı fikir səsləndirib.
Football-plus.az xəbər verir ki, o, norveçli forvardın gələcəkdə potensial dəyərinin 1 milyard avroya çatacağını istisna etməyib:
''Bəli, o, 1 milyard avroya satılan ilk futbolçu ola bilər. Onun həm futbolçu kimi qiymətini, imic haqlarını və sponsorların umumi yatırımını nəzərə alsaq, məbləğ 1 milyard avroya çata bilər".
Futbol tarixində hələ ki, bir oyunçuya görə ödənilən ən böyük məbləğ 222 milyon avrodu. PSJ 2017-də ''Barselona''dan Neymarı məhz bu məbləğ qarşılığında transfer edib. Holanna gəlincə, onun ''Siti'' ilə müqaviləsindəki maddəyə əsasən 2024-cü ilin yayında 200 milyon avro ödəməyə razılıq verən istənilən klub bu futbolçunu transfer edə biləcək.