Dünya kubokunun biletləri satışa çıxarıldı

22.10.2022 12:46 347
İdman
Noyabrın 5-də Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun biletləri satışa çıxarılıb.

Football-plus.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, ilk dəfə paytaxtda keçiriləcək yarışın biletlərini onlayn qaydada “iticket.az” saytından əldə etmək mümkündür.

Biletlər 3 sessiya üzrə satılacaq. Yarışın ilk günü üçün biletlərin qiyməti 3, ikinci günü üçün isə 5 AZN təşkil edir.

Sessiyaların proqramı belədir:

I sessiya

5 noyabr
10.00-12.30
A qrupu: Türkiyə - İran
B qrupu: Azərbaycan – Serbiya

II sessiya

5 noyabr
16.00-22.00
Açılış mərasimi
A qrupu: İran - Qırğızıstan
B qrupu: Serbiya – Dünya yığması
A qrupu: Türkiyə - Qırğızıstan
B qrupu: Azərbaycan – Dünya yığması

3-cü sessiya

6 noyabr
17.00-20.30
Bürünc medal uğrunda görüş
Final

Aşağıdakı linkə daxil olub, biletləri almaq mümkündür:
https://iticket.az/events/sport/greco-roman-world-cup

Qeyd edək ki, Dünya Kuboku noyabrın 6-da başa çatacaq.