Oktyabrın 21-i "Futbol+" üçün əlamətdar gün idi.
Belə ki, qəzetimizin işıq üzü görməsindən 25 il keçir. Sosial şəbəkələrdə yazan, zəng edib təbrik edən çox idi. Hamıya təşəkkür edirik.
Lakin AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla, PFL-in media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov, qurumun əməkdaşı Elvin Yaqub və "Zirə"nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə redaksiyamıza gələrək həm hədiiyələrini çatdırdılar, həm də çay süfrəsi arxasında xoş arzularını dilə gətirdilər. Diqqətə görə adları çəkilənlərin hamısına minnətdarlığımızı bildiririk.