“Bavariya” Almaniya kubokunda “Auqsburq”a qalib gələrək (5:2) 1/8 finala vəsiqə qazanıb.
Münhendə keçirilən matç Tomas Müller üçün əlamətdar olub. O, ölkə kubokunda 52-ci qələbəyə sevinib. “Bavariya”nın oyunçusu bununla da “Verder”in sabiq yarımmüdafiəçisi Mirko Votavanın rekordunu təkrarlayıb.
Müller indiyədək Almaniya kubokunu 6, Votava isə 2 dəfə qazanıb.