• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Laureat Benzema ilə bağlı 5 fakt

Dünya futbolu

20-10-2022, 19:0

Nəhayət, Kərim Benzema oktyabrın 17-də əsas arzularından sonuncusuna da çatdı.

“Real”ın hücumçusu 34 yaşında “Qızıl top” mükafatına layiq görüldü. “France Football” həftəliyinin bu dəfə 100 ölkədən olan jurnalistlər arasında keçirdiyi sorğunun nəticəsi heç kimdə şübhə doğurmadı. Laureat haqda çoxlarının bilmədiyi 5 fakta nəzər salaq.

1. Fransanın Lion şəhərinin ətraf qəsəbələrindən birində dünyaya gələn Kərim uşaq yaşlarını yerli “Bron Terrayon” klubunda keçirib. 9 yaşında olarkən “Lion”un skautlarının diqqətini cəlb edib. “Bron” rəhbərliyi istedadlı uşağı buraxmaq istəmirmiş. Ölkə nəhəngi istəyini yalnız Kərimin atasını razı salandan sonra reallaşdıra bilib. Gələcəyin ulduzu isə “Lion”un sıralarına keçəndən sonra ilk vaxtlar yaşca böyük olan futbolçular üçün topdaşıyan funksiyasını yerinə yetirib.

2. Benzemanın məxsus olduğu yığma Əlcəzair də ola bilərdi. O, Zinəddin Zidan kimi Fransada doğulsa da, əslən Afrikanın bu ölkəsindəndi. Əlcəzairin futbol funksionerləri növbəti ulduzu əldən verməyi heç istəmirdilər. Lakin Kərim də Zinəddin kimi, daha güclü komandanı seçdi. Və buna görə yanılmadı. Doğrudu, o, DÇ-2018-in qalibi olan heyətdə yox idi. Ancaq Fransa millisiylə 2021-ci ildə Millətlər Liqasında zəfər qazandı.

3. O, “Real”a transferindən sonra uzun müddət imkanlarından aşağı səviyyədə çıxış edib. Əlbəttə, qol vururdu, amma Kərimə nəsə mane olurdu. Sən demə, bu maneə artıq çəkiylə bağlı imiş. Ona bu haqda ilk dəfə 2010-cu ildə deyən yığmanın baş məşqçisi Loran Blan olmuşdu. 2011/12 mövsümü ərəfəsində İtaliyada xüsusi klinikaya üz tutan Benzema artıq çəkidən qurtula bilmişdi. Həmin mövsümdə bütün turnirlərdə keçirdiyi oyunlarda 32 qol və 19 məhsuldar ötürmənin müəllifi olmuşdu!

4. Son onillikdə Ronaldo ilə Messinin müqayisəsi adi hal kimi qəbul edilib. Amma argentinalı hücumçuyla bir göstəricidə Kriştiano yox, məhz Benzema fərqləndirilib. Kərim 2021-ci ildə Çempionlar Liqasında qol vurduğu ardıcıl mövsümlərin sayına gorə Ginnesin Rekordlar Kitabına düşüb: onda Messi kimi göstəricisi 17-yə çatıb. Bunadək Ronaldonun hesabında 16 belə mövsüm olub.

5. Benzemanın Ronaldonu üstələdiyi bir göstərici də var. O, “Real”da ən çox oyun keçirən legionerdi. Hətta əfsanəvi braziliyalı Marselonun hesabında 545 matç olarkən Kərimdə bu göstərici 600-dən çoxdu. Və bu rəqəm hər həftə artır.

Maraqlıdı...
Benzemanın “Qızıl top”u qazanması onun sabiq klubu “Lion”u irəli salıb. Bunun səbəbi Fransa klubunun 2009-cu ildə onu “Real”a satarkən müqaviləyə əlavə etdiyi bəndlə bağlıdı. Klublar arasındakı anlaşmaya əsasən, Benzema “Qızıl top”u qazanacağı halda “Real” “Lion”a 1 milyon avro ödəməliydi.

Xatırladaq ki, “Lion”un yetirməsi olan Kərim klubunun əsas komandasında 2004-09-cu illərdə çıxış edib.

Sorğunun nəticələri

oyunçu klub ölkə

1. Kərim Benzema Real Fransa
2. Sadio Mane Liverpul/Bavariya Seneqal
3. Kevin De Bruyne Mançester Siti Belçika
4. Robert Levandovski Bavariya/Barselona Polşa
5. Məhəmməd Salah Liverpul Misir
6. Kilian Mbappe PSJ Fransa
7. Tibo Kurtua Real Belçika
8. Vinisius Junior Real Braziliya
9. Luka Modriç Real Xorvatiya
10. Erlinq Holann Borussiya D/Mançester Siti Noverç
11. Son Hın Min Tottenhem Koreya
12. Riyad Mahrez Mançester Siti Əlcəzair
13. Sebastyan Halle Ayaks/Borussiya D Kot d’İvuar
14-15. Fabinyo Liverpul Braziliya
14-15. Rafael Leao Milan Portuqaliya
16. Vircil van Diyk Liverpul Niderland
17-19. Kazemiro Real/Mançester Yunayted Braziliya
17-19. Duşan Vlahoviç Fiorentina/Yuventus Serbiya
17-19. Luis Dias Portu/Liverpul Kolumbiya
20. Kriştiano Ronaldo Mançester Yunayted Portuqaliya
21. Harri Keyn Tottenhem İngiltərə
22-24. Trent Aleksander-Arnold Liverpul İngiltərə
22-24. Fil Foden Mançester Siti İngiltərə
22-24. Bernardo Silva Mançester Siti Portuqaliya
25-30. Yozua Kimmix Bavariya Almaniya
25-30. Mayk Menyan Milan Fransa
25-30. Kristofer Nkunku Leyptsiq Fransa
25-30. Darvin Nunyes Benfika/Liverpul Uruqvay
25-30. Joao Kanselo Mançester Siti Portuqaliya
25-30. Antonio Rüdiger Çelsi/Real Almaniya

Faktlar

* Benzema “Qızıl top”u qazanan 5-ci, Zinəddin Zidandan (1998) sonra isə ilk fransalıdı. Daha əvvəl Raymon Kopa (1958), Mişel Platini (1983-85) və Jan-Pyer Papen (1991) qalib olub.
* Benzema son 66 ildə “Qızıl top”un ən yaşlı qalibidi. Oktyabrın 17-də 34 yaş 290 günlüyündə olan fransalı bu planda yalnız 1956-cı ildə laureat adını qazanan ingiltərəli Stenli Mettyuzdan (41 yaş 321 gün) geri qalır.
* Benzema “Real”ın mükafata yiyələnən 8-ci oyunçusudu. Ümumiyyətlə, Madrid klubu və “Barselona” hərəyə 12 qaliblə bu planda liderdi. “Real”ın qənimətə sahib çıxan əvvəlki fubolçuları Raymon Kopa, Alfredo Di Stefano (2), Luiş Fiqu, Ronaldo, Fabio Kannavaro, Kriştiano Ronaldo (4) və Luka Modriçdi.
* Karlo Ançelottinin başçılığı altında 4 futbolçu “Qızıl top”u qazanıb. Bu, məşqçilər arasında rekorddu. Benzemadan əvvəl Andrey Şevçenko (Milan, 2004), Kaka (Milan, 2007) və Kriştiano Ronaldo (Real, 2014) bu mükafata sahib çıxıb. Ümumilikdə isə Ançelotti məşqçi karyerasında “Qızıl top”un 10 qalibini çalışdırıb.
* “Real”ın oyunçuları son 9 ildə 6-cı dəfə mükafata sahib çıxıb. Bu müddətdə Kriştiano Ronaldo 4, Luka Modriç isə 1 dəfə laureat olub. Son 9 ildə “Real”da oynamayan futbolçular arasında yalnız Lionel Messi (3 dəfə) qalib adını qazanıb.

Reaksiyalar (nəşrlər)

“L’Equipe” (Fransa):

“Benzema kraldı. “Qızıl top”u qazanan beşinci və Zidanın dövründən bəri bu mükafata yiyələnən ilk fransız. O, ötən mövsüm Çempionlar Liqasında 5-ci, İspaniya çempionatında isə 4-cü dəfə qalib oldu. Bundan başqa, Kərim Fransa yığması ilə Millətlər Liqasında çempionluq qazandı. Tezliklə dünya çempionatına yollanacaq. Zəngin kolleksiyasında çatışmayan titulla bağlı boşluğu aradan qaldırmaq üçün...”

“Marca” (İspaniya):
“Benzema çoxdan can atdığı mükafatı qazandı. Paris son vaxtlar Kərim üçün xüsusi şəhərə çevrilib. O, yayda “Real”la bu şəhərdə Çempionlar Liqasının qalibi oldu, indi isə orda “Qızıl top”u başı üzərinə qaldırdı. Qəniməti layiqli şəkildə qazandı, ona görə ki, ötən mövsümü mükəmməl keçirmişdi. Kərim pişikdən Kral Şirə çevrildi (İspaniya nəşri “Real”ın sabiq çalışdırıcısı Joze Mourinyonun vaxtilə Benzema haqda səsləndirdiyi fikrə işarə vurur. Portuqaliyalı mütəxəssis Qonsalo İquayn zədə üzündən oynamayanda onun yerinə meydana çıxan Kərim haqda “it olmayanda ova pişiklə çıxmağa məcbursan” ifadəsini işlətmişdi – red.), əvvəlki bütün çətinlikləri isə onun üçün əlavə motivasiya mənbəyi oldu. Və yalnız bir şəxs həmişə Benzemaya inanıb. O, “Real”ın prezidenti Florentino Peresdi. Vaxt ötüb keçdikcə hamı onun doğru düşündüyünə əmin oldu. İndi Kərim “Real”a yenicə gələn oyunçu deyil. Kriştiano Ronaldonun gedişi onun üçün ehtimal edilməyən ssenari yaratdı və fərqli futbolçuya çevrilməsini mümkün etdi. Benzema Azar ilə Beylin bacarmadığı işin öhdəsindən gəldi: liderliyi üzərinə götürdü”.


“Gazzetta dello Sport” (İtaliya):
“İlk baxışdan hər şey aydın görünür. Amma heç də belə deyil. Benzema öz “Qızıl top”unu qazandı, məhz qazandı və Parisdə kral kimi qarşılandı. Lakin təxminən 1 il əvvəl bunu təsəvvür etmək mümkün deyildi. Fransada bir müddət antiqəhrəman sayılan adam üçün qırmızı xalça sərilməsini kim ağlına gətirə bilərdi?! İndi onu dünya futbolunun ulduzu kimi qarşıladılar, ancaq oyunçunun Fransa ilə münasibətləri idealdan çox uzaq idi. Hamımız Matye Valbuena ilə qalmaqallı video əhvalatını yaxşı xatırlayırıq. Kərim məhz buna görə milli komandadakı yerindən məhrum edilmişdi”.


“Kicker” (Almaniya):
“Səbr bəhrə verir. Ötən mövsüm Kərim Benzemadan yaxşı oyunçu yox idi. O, çoxdan can atdığı “Qızıl top”a ilk dəfə layiq görüldü. Vaxtilə “Real”da Ronaldoya qoşularkən portuqaliyalının qol vurması üçün əziyyət çəkmişdi. Kriştiano uğurun təminatçısı idi, Benzema isə əksər hallarda meydanda diqqətdən kənarda qalırdı. Təmkinli Kərim oyundaşı titulları qazanarkən həmişə ikinci planda qalırdı. Üstəlik tez-tez tənqid olunurdu. 2018-ci ilin yayında onun üçün Ronaldonun gedişiylə qəfil ilk plana çıxmaq baxımından əlverişli şərait yarandı. Benzema mövsümdən-mövsümə daha yaxşı oynayırdı, sonra isə əsl partlayış baş verdi. Komanda ÇL-də və La Liqada qalib gəldi, Kərim isə saya-hesaba gəlməyən vacib qollar vurdu. Doğrudu, o, “Qızıl top”u 21 yox, 34 yaşında qazandı, ancaq istənilən halda uzun illərin təmkini boşa getmədi”.


“AS” (İspaniya):
“Nəhayət, Benzema uğurlu karyerasını əbədiləşdirən nüfuzlu mükafatı qazandı. O, dünya futbol tarixinin ən zərif və keyfiyyətli oyunçusudu. Axır ki layiq olduğu qəniməti ona verdilər. Əvvəlki illərdə Kərimi düzgün başa düşmürdülər. Hərçənd yaşıl meydandakı göstəriciləri əla idi. Müxtəlif vaxtlarda onu kəskin tənqidə tutmuşdular, amma indi bunlar arxada qalıb. Benzemaya mükafat teatrda təqdim edildi, onun futbol incəsənətini layiqincə dəyərləndirdilər”.


“Ole” (Argentina):
“Benzema ilk “Qızıl top”unu qazandı və buna çox layiq idi. Kərim mükafata ən yaxşı namizəd idi və onu qazandı da. Fransalı mövsümü əla keçirmişdi, çoxlu qol vurmuş və bir sıra titullara aparan yolda açar rolunu oynamışdı. Benzema fransalı futbolçularla bağlı 24 illik həsrətə son qoydu. Messi hətta bu dəfə ilk “30-luğ”a da düşə bilmədi, Ronaldo isə 20-ci yeri tutdu”.


Reaksiyalar (futbol adamları)
Florentino Peres, “Real”ın prezidenti:
“Xoşbəxtəm, ona görə ki, Kərim Benzema, nəhayət, dünyanın ən yaxşı oyunçusu adını qazandı. O, artıq bir neçə il idi bu səviyyəyə çatmışdı. Kərim “Qızıl top”a çoxdan layiq idi, çünki təxminən 3-4 ildi ən yüksək səviyyədə çıxış edir. Benzema Zidanla Ronaldonun vəhdətidi. O, eyni zamanda iki vəzifəni yerinə yetirən mərkəz hücumçusudu: Benzema Zidan kimi oyunu hərəkətə gətirir və Ronaldo kimi qol vurur”.


Zinəddin Zidan, “Real”ın və Fransa yığmasının sabiq yarımmüdafiəçisi:
“Benzemanın, demək olar, böyük qardaşıyam. Bir-birimizi məhz böyük və kiçik qardaş adlandırırıq. Taleyimiz oxşardı: o, Liondan, mən isə Marseldənəm. İkimizin də yolu çox çətin alınıb. Peşəkar futbolçu olmaq arzusuyla şəhərətrafı qəsəbələrdə yaşayan adi oğlanlar idik. Buna böyük zəhmətlə nail olduq. Bizi həqiqətən çox şey birləşdirir: ailələrimiz Əlcəzairin qonşu kəndlərindəndi. “Real”ın məşqçisi olduğum vaxt Benzema ilə işləməkdən həzz alırdım. Kərimə məsləhətlər verirdim, ancaq o, artıq top-futbolçu idi. Sadəcə, bəzi düzəlişlər edirdim, xırda detalları nəzərinə çatdırırdım. Onun topla rəftarı məni heyran edir, bunu izləmək çox xoşdu. Birgə oynamağı çox istəyərdik, təəssüf ki, bu, baş vermədi. Benzemanın çoxlu qol vurmasına kömək edərdim. Amma məşqçi və futbolçu kimi bunu kompensasiya edə bildik”.


Səbəbkardan sitat

“Uşaqlıq illərimi yaxşı xatırlayıram. Heç vaxt əsas məqamları diqqətimdən yayındırmıram. Mənim həyatımda nümunə saydığım iki oyunçu olub: Zinəddin Zidan və Ronaldo. Ronaldo mənim kumirimdi. Braziliyalı kimi ikinci bir hücumçunun olmadığını düşünürəm. Onun meydanda etdiklərini təkrarlamaq mümkün deyil. Ronaldo mənim səssiz-səmirsiz ehtiyat oyunçular skamyasında qalmağıma səbəbkar ola biləcək yeganə hücumçudu. O, əlçatmaz zirvədədi. Zidan kimi. Ronaldo yalnız mənim yox, bütün hücumçular üçün fenomendi.
Bu uğurum səylə çalışmağımın nəticəsidi: məşqlərdə çox tər tökmüşəm. Çətin vaxtlarım da olub. Milli komandadan kənardan qaldığım dövrdə çoxları ilə ünsiyyət saxlamışam. Mənim üçün həqiqətən də ağır günlər idi. Bu çətinliklər məni mənəvi cəhətdən möhkəmləndirdi. Belə ruhda da davam edəcəyəm. Komanda yoldaşlarıma və dahi prezident Florentino Peresə təşəkkür etmək istərdim. O, həmişə mənimlə səmimi olub. Jan-Mişel Olyanı və “Lion”u da unutmuram. Onlarsız arzuma çata bilməzdim.
Uğur üçün yaşın ciddi fərqinin olduğunu düşünmürəm. 30 yaşdan sonra əksər futbolçular səviyyəsini yüksəldirlər. Bu məqsədyönlülükdü, ciddi işdi. Mən kifayət qədər məşq edirəm, özümə “təslim olmamalısan” deyirəm.
Üç arzum var idi: anama ev almaq, “Real”da oynamaq və “Qızıl top”u qazanmaq...”

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-10-2022, 12:0

"Benzema Fransa tarixinin ən yaxşı hücumçusudu" - Zidan

Ölkə futbolu / Dünya futbolu / Manşet

18-10-2022, 18:0

Azərbaycan Benzemaya səs verməyib!

Dünya futbolu

13-06-2022, 17:0

Benzema cəzası ilə barışıb

Dünya futbolu

12-06-2022, 09:0

Benzema cəzası ilə barışıb

Aktual
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
Son xəbərlər
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:28
    "Karvan-Yevlax"dan qələbə, "Qarabağ" azlıqda qalan "Sabah"a uduzdu - YENİLƏNİB
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Dünən, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Dünən, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
  • Dünən, 19:55
    "Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
  • Dünən, 19:24
    Milli Andorraya yenə qalib gəldi
  • Dünən, 19:00
    "Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR
  • Dünən, 18:56
    "Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirdi" - Fizuli Məmmədov
  • Dünən, 18:35
    "Qarabağ" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    "Futbolçular daha məsuliyyətli olmalıdı" - Ayxan Abbssov
  • Dünən, 17:24
    ''Fənər'' fanatlarını yenə infarkt dərəcəsinə çatdırdı - Bu mövsüm 3-cü dəfə...
  • Dünən, 17:08
    Zelim Tçkayev bürünc medal qazandı - AÇ
  • Dünən, 16:56
    “Qarabağ” son səkkiz oyunda “Sabah”a qalib gələ bilməyib - növbəti tamaşa olacaqmı?
  • Dünən, 16:25
    Emin Əmrullayevdən "Neftçi"yə dəstək
  • Dünən, 15:53
    “Sabah”ın futbolçusuna “sarı” verməyən Tural Qurbanov “Qarabağ”ın oyununda... – niyə, Rəhim Həsənov?
  • Dünən, 15:22
    "Karvan-Yevlax" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Dünən, 14:51
    İngiltərəli əfsanə Kriştiano Ronaldonun onu sevməməsinin səbəbini açıqladı
  • Dünən, 14:30
    Kapitanla müqavilə yenilənəcək
  • Dünən, 14:09
    “Qarabağ” Elçin Məsiyevi görüb, “Sabah”a uduzub! – amma ağdamlılar üçün bədayaq tək o deyil...
  • Dünən, 13:58
    Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
  • Dünən, 13:27
    Fransa klubunu əlavə xərcə saldı
  • Dünən, 12:56
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 12:25
    Yunanıstanın ən prinsipial oyununu türkiyəli hakim idarə edəcək
  • Dünən, 11:54
    Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
  • Dünən, 11:23
    Flik niyə tələsmir?
  • Dünən, 10:52
    Arbeloanın yerini kim tutacaq?
  • Dünən, 10:31
    Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
  • Dünən, 10:00
    Kocamandan iddialı sözlər: ''Qarşıdakı 20 il ''Fənərbaxça''nın dönəmi olacaq''
Daha çox
Oxunub: 245
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 220
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 211
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 151
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 148
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 143
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə