Futbol ictimaiyyəti dünən Parisdə toplaşmışdı.
Tədbirdə "France Football"ın jurnalistlər arasında sorğusuna əsasən "Qızıl top" mükafatının sahibinin kimliyinə aydınlıq gəldi. "Real"ın fransalı forvardı Kərim Benzema adı çəkilən mükafata layiq görüldü.
Diqqət çəkən məqamlardan biri də bu dəfə Azərbaycandan heç kimin səsvermədə iştirak etməməsidi. “Football-plus.az” saytının məlumatına görə, buna yığmamızın FİFA reytinqində ilk "100-lük"də yer almaması səbəb olub. Bu yeniliyin təşəbbüskarı isə məhz "France Football" olub.
Qeyd edək ki, milli komandamız oktyabrın 6-da açıqlanan son reytinq cədvəlində 123-cü pillədə qərarlaşıb.
ABDULLA İSMAYILOĞLU