Bu il mükafat uğrunda 4 birinci divizion təmsilçisi də mübarizə aparacaq ki, onlardan biri də “Araz Naxçıvan”dı. Komanda 1/8 finalda “Qəbələ” ilə qarşılaşacaq.
Maraqlıdı, “Araz Naxçıvan”ın baş məşqçisinin püşkə münasibəti necədi? Bu haqda məlumat almaq üçün Azər Bağırovla əlaqə saxladıq. Gənc mütəxəssis “Football-plus.az” saytına bunları söylədi:
"Qəbələ" ölkə çempionatında ən rəngarəng və sürətli əks-hücuma çıxan komandalardan biridi. Düşünürəm ki, onlarla oyun bizim üçün yaxşı təcrübə olacaq. Hələ 1 ay vaxtımız var. Fürsətdən istifadə edib qarşılaşmaya yaxşı hazırlaşacağıq".
ABDULLA İSMAYILOĞLU





