“Mingəçevir”in çalışdırıcısı “Zirə”yə qarşı oyundan nə gözləyir?

20.10.2022 16:43 565
Ölkə kuboku / Manşet
Dünən Azərbaycan kubokunda yeni mövsümün püşkü atıldı.

Bu il mükafat uğrunda 4 birinci divizion təmsilçisi də mübarizə aparacaq. Onlardan biri də “Mingəçevir”di. Komanda 1/8 finalda “Zirə” ilə qarşılaşacaq.

Maraqlıdı, “Mingəçevir”in baş məşqçisinin püşkə münasibəti necədi? Bu haqda məlumat almaq üçün komandanın baş məşqçisi Azər Haşımovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Birinci divizionla premyer-liqa arasında fərq çoxdu. Lakin biz yenə də qərar verdik ki, kubok uğrunda mübarizəyə başlayaq. Komanda daha güclü rəqiblərlə qarşılaşsın ki, futbolçularımızın təcrübəsi artsın və səhvlərini görsünlər. Futbol oynayırıqsa, səhvlərin də olması normaldı. Burda artıq yaş limiti yoxdu. Bu da oyunçular üçün özlərini göstərmək baxımından bir şans olacaq. Limitsiz oynayıb öz təcrübələrini artıracaqlar. Çalışacağıq ki, “Mingəçevir”in adına layiq əzmkar mübarizə aparaq. Ola bilər ki, çoxları komandanın divizionda aşağı pillələrdə olmasını qınayır. Lakin mən sizin vasitənizlə onlara demək istəyirəm ki, biz yeni yaranmış komandayıq. “Zaqatala” 5 ilin komandasıdı, amma onlar da aşağı yerlərdədi, problemləri var. Turnirdəki komandaların çoxu premyer-liqanın əvəzediciləridi. Onların hansısa futbolçusu cəzalı və ya zədəli olanda həm 19 yaşlıların, həm də əsas komandanın futbolçuları ilə “sığortalanırlar”. Amma bizdə bu imkan yoxdu Ona görə də ümid edirik ki, bunlar gələcəkdə düzələcək və daha yaxşı “Mingəçevir” görəcəksiz”.


ŞAİR ABDULLA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul