Ukraynalı məşqçi Azərbaycanda haqda məlumatlıdı

18.10.2022 11:04 364
Dünya futbolu
17 yaşadək futbolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Yuri Moroz AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Azərbaycan, Lixtenşteyn və Bosniya və Herseqovina ilə oyunlar barədə danışıb.

Football-plus.az xəbər verir ki, 52 yaşlı ukraynalı mütəxəssis rəqiblərin güclü və zəif tərəflərini oyunçularla birlikdə analiz etdiklərini bildirib:

“Rəqiblərlə bağlı kifayət qədər məlumatımız var. Komanda onları bu turnirdə nələrin gözlədiyini başa düşməlidi".


Azərbaycan yığması seçmə mərhələdə ilk matçını oktyabrın 24-də Ukraynaya qarşı keçirəcək. Qarşılaşmalar Bosniya və Herseqovinada olacaq. Seçmə mərhələnin qruplarında ilk iki yeri tutanlar və üçüncü yeri tutan dörd ən yaxşı kollektiv elit raunda yüksələcək.