Uruqvay çempionatında mövsümün qalibi məlum olub.
"Footbal-plus.az" xəbər verir ki, "Nasional" sona bir tur qalmış çempionluğu təmin edib. Səfərdə "Çerrito"nu məğlub edən (2:1) komanda xallarının sayını 31-ə çatdırıb və rəqibləri üçün əlçatmaz olub.
"Nasional"da "Barselona" və "Liverpul"un sabiq hücumçusu Luis Suares çıxış edir. Uruqvaylı forvard çempionatda 12 oyunda 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.