Suares premyer-liqaya qayıda bilər

28.05.2022 21:50 527
Dünya futbolu
"Atletiko"dan ayrılan Luis Suares İngiltərə Premyer Liqasında oynaya bilər.

"Football-plus.az" xəbər verir ki, "Aston Villa" uruqvaylı hücumçunun xidmətində maraqlıdır. Birmingem təmsilçisinin baş məşqçisi Stiven Cerard sabiq komanda yoldaşını sərəncamında görmək istəyir.

Uruqvay millisinin üzvü daha əvvəl İngiltərədə "Liverpul"un formasını geyinib.