• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Gəncə stadionunda biabırçılıqlar bitib-tükənmir

Aktual / Manşet

18-10-2022, 15:0

Axır ki böyük futbol sözün əls mənasında Gəncəyə qayıtdı.

“Kəpəz” bu mövsüm ilk dəfə doğma meydanda çıxış etdi. Yaxşı-pis təşkilatçılıqla bağlı işlər görülmüşdü. Amma deyəsən, hər şey görüntü xatirinə idi. Arenanın özündə o qədər problem olub ki... Adam bilmir hardan başlasın. Bir yerindən yapışıb, nələrisə demək lazımdı.

Başlayaq elə azarkeşlərdən. Məsələn, oyuna 10 manatlıq VİP bilet alan fanatlar öz yerlərində otura bilməyiblər. Və çarəsiz qalıb adi bileti olan azarkeşlərlə birgə əyləşiblər. Adamlar haqlı olaraq əməkdaşlarımızla söhbətdə iradlarını bildiriblər ki, belə olacaqdısa, 3 manatlıq bilet alardıq. Görəsən, nə baş verib? Nə üçün VİP bilet sahibləri öz yerlərində otura bilməyiblər? Bu sualı “Kəpəz”in mətbuat katibi Azad Mustafayevə ünvanladıq:

“Azarkeşlərimizin kluba bununla bağlı hansısa narazılığı olmayıb. Kimsə “10 manatlıq bilet almışam və yerimdə oturmamışam” deyirsə, bununla bağlı bizdə məlumat yoxdu. Belə bir şey olsaydı, bilərdik. Ora polis təhkim etmişdik. Mühafizə xidmətimizin əməkdaşları da həmin sektora nəzarət edirdi. Hətta könüllülər biletlərə baxıb, azarkeşləri öz sektorlarına yönəldirdi. Mən inanmıram və eşitməmişəm ki, kimsə VİP biletlərə görə narazılıq etsin”.


Söhbət könüllülərdən düşmüşkən, oyun günü Gəncədə olan əməkdaşlarımızın dediyinə görə, klub rəhbərliyinə kömək etmək üçün Bakıdan bir avtobus gənc gedib. Bu şəxslər təşkilatçılıq baxımından klublara yardım göstərir. Könüllülərin olması faydalıdı. Bəs nə üçün şəhərin öz gəncləri bu işlə məşğul olmur? Niyə Bakıdan Gəncəyə könüllülər dəvət olunub? Klub rəsmisi sualımızı belə cavabladı:

“Doğru buyurursuz. Könüllülər Bakıdan gəlmişdi. Onların futbol təcrübəsi olduğu üçün belə addım atmışdıq. İlk oyun olduğuna görə bundan yararlanmaq istədik. Düşündük ki, belə daha məqsədəuyğun olar. Çünki onlar təcrübəlidi. Bilirlər ki, nəyi necə etmək lazımdı. Təbii ki, Gəncədə də könüllülər var. Amma onların futbol təcrübəsi yoxdu. Gələcəkdə şəhərimizdəki könüllü qrupları ilə işləməyi nəzərdə tutmuşuq”.


Ən vacib məsələ isə elektron tablo ilə bağlı idi. Oyunçu dəyişiklikləri zamanı köhnə üsuldan belə istifadə olunmadı. 4-cü hakim futbolçunun yanında durur, əlindəki kağızda əvəzləmələri qeyd edir, vəssalam! Bu biabırçılığın səbəbini Azad bəy belə izah etdi:

“Hamıya bəllidi ki, oyun gününə hazırlıq həftənin əvvəlindən başlayır. Bizdə də tablo həmişə işləyib. Əvəzedici komandanın oyunlarında da işlətmişik. Oyun günü də bütün texniki avadanlıqlar yoxlanılıb. Həmin vaxt elektron tablo işlək olub. Sadəcə, oyun ərzində nə qədər çalışdılar, açılmadı. Tabloya enerji gəlmədi. Həmin anda da bizim texniki işlərlə məşğul olan əməkdaşımız onu düzəltməyə çalışdı. Bunu bacardı da, amma vintlərini bağlayandan sonra tablo yenə işləmədi. Sonra da bəlli oldu ki, ümumiyyətlə, nasazlıq olub. Bu texnikadı, hər yerdə nəsə ola bilir. Hətta siz işlədiyiniz yerdə də ola bilər. Həmişə texnika ilə bağlı hər yerdə problem yaranır. PFL əməkdaşları da gördülər ki, bizim tərəfdən hansısa problem olmadı. Sadəcə, avadanlıq işləmədi”.


Bu gün səhər saatlarında bütün sosial şəbəkələrdə informasiya yayıldı ki, Gəncə şəhərində yeni stadion tikiləcək. Bunu da Mustafayev “Radio Enerji”yə açıqlamasında özü deyib. Görəsən, şad xəbər var? Azad bəyi dinləyək:

“Bu xəbər çoxdan var idi. Rəsmilər açıqlamalar vermişdilər ki, Gəncə şəhər stadionu söküləcək, yerində yenisi tikiləcək. Məndən stadionun təmiri ilə bağlı soruşdular. Dedim ki, istismar müddətini bitirmiş stadiondu. Yaxın gələcəkdə sökülüb, yenidən tikilməsi gözlənilir. Gəncəyə yeni stadion yaraşar. Mən hamının danışdığı və bildiyi şeyi demişəm”.


İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

2-08-2022, 16:0

“Qarabağ” – “Ferentsvaroş” oyununa bu qədər bilet qalıb

Premyer-liqa

17-10-2022, 22:0

Tarixi derbiyə satılan bilet sayı açıqlandı

Aktual
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
Son xəbərlər
  • Bu gün, 21:57
    Onun yolu Madridədi?
  • Bu gün, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Bu gün, 20:55
    Milli komandada yeni təyinat
  • Bu gün, 20:24
    Yeni kapitan oldu
  • Bu gün, 19:53
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Bu gün, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Bu gün, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Bu gün, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 208
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 196
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə