"Etməli olduğumuz şeyi etmirik" - Xavi

17.10.2022 12:16 358
Dünya futbolu
"Barselona"nın baş məşqçisi Xavi ötən gün La Liqanın 9-cu turunda "Real"a məğlubiyyətdən (1:3) danışıb.

"Footbal-plus.az" AS-a istinadən xəbər verir ki, mütəxəssis komandasının oyununa görə narahat olduğunu deyib:

“Mən öz səviyyəmizdə oynamadığımıza görə narahatam. Biz qol buraxmamalıyıq. Belə vəziyyətlərdə səhv etməmək lazımdı. Əsəbiləşirəm. Məyus oldum. Biz daha yetkin olmalıyıq. Biz indi etməli olduğumuz şeyi etmirik".


Qeyd edək ki, "Real" "Barselona"ya qalib gəlməklə xallarının sayını 25-ə çatdırıb və liderdi. Kataloniya klubu isə 22 xalla 2-cidi.