"Marca" "Qızıl top"un qalibini açıqladı

17.10.2022 11:09 388
Dünya futbolu
İspaniyanın "Marca" nəşri "qızıl top"un qalibini açıqlayıb.

"Footbal-plus.az" xəbər verir ki, nəşrin iddiasına görə, mükafatı "Real"ın və Fransa yığmasının hücumçusu Kərim Benzema olacaq.

İlin ən yaxşı qapıçısı Madrid klubundan Tibo Kurtua, ən yaxşı gənc futbolçu isə "Barselona"dan Pedri seçiləcək.

Bu gün Parisdə keçiriləcək "qızıl top" mərasimi saat 22.30-da başlayacaq.