Region Liqası klubunda yeni rəhbər

11.10.2022 10:44 549
Ölkə futbolu / Manşet
Region Liqasının iddialı iştirakçılarından biri olan "Füzuli"də dəyişilik olub.

Football-plus.az xəbər verir ki, bölgə təmsilçisinə yeni prezident təyin edilib.

Bəşir Əliyevi 1-ci və 2-ci Qarabağ müharibələrinin iştirakçısı, qazi, iş adamı Nərman Əliyev əvəz edib.

O, artıq futbolçular və məşqçilər heyəti ilə tanış olub.