Azərbaycan millisinin üzvü Region Liqası üçün karyerasını bərpa etdi

11.10.2022 09:56 792
Ölkə futbolu
Region Liqası üçün yeni mövsümün hazırlıqlarını davam etdirən "Füzuli" heyətini gücləndirir.

Football-plus.az xəbər verir ki, yenidən formalaşdırılan kollektiv milli komandamızın sabiq üzvü Ruslan Poladovla anlaşıb.

Peşəkar karyerasını "Zirə"də başa vurmuş 43 yaşlı yarımmüdafiəçi vaxtilə "Xəzər" (Sumqayıt), "Gənclərbirliyi" (Sumqayıt), "Rəvan", "Standard", "Xəzər Lənkəran", "İnter" (İndiki "Şamaxı") "Simurq", "Sumqayıt", "Zirə", "MKT-Araz", "Şəmkir" və "Qaradağ-Lökbatan"ın formasını geyinib.

Poladov Azərbaycan yığmasının da şərəfini qoruyub. O, 2005-ci ildə DÇ-2006-nın Bakıda Uels yığmasına qarşı görüşdə (0:2) millidə debüt edib.