Xatırladaq ki, bu cütlük iyulda İlkayın doğma vətəni Balıkəsirdə keçirilən möhtəşəm toy mərasimi ilə həyatlarını birləşdirmişdi. Fransada doğulan italyan əsilli Sara Arfui bir müddət öncə sosial şəbəkədə izləyicilərin suallarını cavablandırarkən Mançester şəhərində normal restoran və normal qida tapa bilməməkdən şikayətlənib:
''Burda yaşamaq gözlədiyimdən çətin imiş. Yaxşı bir restoran tapmağa çalışsam da, alınmadı. Hər yerdə çox bərbad yeməklər verirlər. Normal bir İtalyan yeməyi və ya suşi tapmaq mümkün deyil. Ümumiyyətlə burda təzə yemək tapmaq çətindi. Bütün qidalar dondurulmuş formada qabağıma çıxır. Burdakı restoranların başı yalnız içki və yüngül yeməklərlə pul qazanmağa qarışıb. Restorandan çox gecə klublarına bənzəyirlər. Bəlkə də London burdan fərqlidi. Amma Mançesterdə durum məhz bu cürdü''.
Sabiq model və aparıcının bu sözləri şəhər sakinlərinin heç də xoşuna gəlmədi. Bu arada bu xanımın sözlərindən sonra diqqət mərkəzinə düşən əsas isim ''Siti''nin baş məşqçisi Xosep Qvardiola oldu. Çünki Mançester şəhərində həm də ünlü mütəxəssisə məxsus olan restoran fəaliyyət göstərir. İngiltərəli jurnalistlər dərhal fürsətdən istifadə edərək Qvardiolanın Sara Arfauinin sözlərinə reaksiyasını öyrəniblər. Xosep məsələyə yumor hissi ilə yanaşaraq ''İlkay bu mövsüm artıq bir dəqiqə də olsun meydana çıxmayacaq'' deyib və bunları əlavə edib:
''Məni ən çox üzən odu ki, onlar bizim restoranda olmadan Mançesterdəki bütün restoranları pisləyiblər. Onların ikisini də öz restoranıma dəvət etməyi planlaşdırıram. Orda istədikləri yeməyi tapa biləcəklər''.

