A seriyasında “Empoli” üzərində qələbənin (3:1) “Milan”a baha başa gəldiyini xəbər vermişdik. İtaliyanın son çempionunun üç oyunçusu zədələnmişdi.
Artıq Davide Kalabriya, Simon Kyaer və Aleksis Salemakersin aqibəti məlum olub. Kalabriyanın vəziyyəti daha ciddidi. O, dizaltı vətəri xəsarət aldığı üçün bu il bir daha yaşıl meydanda görünməyəcək. 25 yaşlı Davidenin əməliyyat olunacağı açıqlanıb. O, bu halda üç ay futbol oynaya bilməyəcək.
Başqa sözlə, yaşıl meydana yalnız gələn ilin yanvarında qayıdacaq. Kyaerin dizindəki zədə üzündən iki həftə futbolsuz qalacağı, Salemakersin isə bu ayın sonuna qədər oynamayacağı bildirilib.