A seriyasında “Empoli” üzərində qələbə (3:1) “Milan”a baha başa gəlib.
İtaliyanın son çempionu zədə üzündən üç oyunçusunu – Davide Kalabriya, Simon Kyaer və Aleksis Salemakersi itirib. Kalabriyanın vəziyyəti daha ciddidi. O, dizaltı vətəri xəsarət aldığı üçün bu il bir daha yaşıl meydanda görünməyəcək. 25 yaşlı Davidenin əməliyyat olunacağı açıqlanıb. O, bu halda yalnız mövsümün sonuna yaxın futbol oynaya biləcək.