UEFA-dan Rauf Cabbarova növbəti təyinat

6.10.2022 16:51 372
Ölkə futbolu
Azərbaycanın FIFA referiləri UEFA-dan növbəti təyinat alıblar.

Football-plus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əsas hakim Rauf Cabarov və FIFA referi köməkçisi Namiq Hüseynov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda keçiriləcək oyunlarda iş başında olacaqlar.

İsveç, Xorvatiya, Uels və Albaniya komandalarının mübarizə aparacağı bu qrupun matçları oktyabrın 20-dən 26-dək Xorvatiyada təşkil ediləcək.