"Yuventus"un sabiq üzvü karyerasını başa vurdu

6.10.2022 11:49 285
Dünya futbolu
"Yuventus" və "İnter" klublarında oynamış Kvadvo Asamoa aktiv futbolçu karyerasını başa vurub.

"Football-plus.az" İtaliya mətbuatına istinadən xəbər verir ki, qanalı istədiyi təklifi almadığına görə, 33 yaşında bu qərarı verməyə məcbur olub.

2012-ci ildə “Udineze”dən “Yuventus”a keçmiş Asamoa son dəfə “Kalyari”də çıxış edib.

O, Qana yığmasında 71 matçın iştirakçısı olub.