"Biz öz gücümüzü bütün mövqelərdə göstərdik" - Çalhanoğlu

5.10.2022 10:07 388
Çempionlar Liqası
"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Barselona" üzərində qazandıqları qələbəni (1:0) şərh edib.

"Footbal-plus.az" xəbər verir ki, türk yarımmüdafiəçi oyundakı yeganə qolun müəllifi olub. UEFA-nın texniki qrupunun rəyinə əsasən, o, görüşün ən yaxşı futbolçusu seçilib.

Matçdan sonra UEFA-nın saytına danışan Hakan deyib:

“Bu gün istədiyimiz kimi oynadıq. Biz öz gücümüzü bütün mövqelərdə göstərdik. Biz həmişə baş məşqçinin yanındayıq (istefası gündəmdə olan Simone İnzagi nəzərdə tutulur - red.). O gördü ki, onun üçün mübarizə aparan bir komanda var. Bu gün hər kəs həm özü, həm də məşqçisi naminə oynadı. Bu yanaşma qələbənin açarı oldu”.