Football-plus.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Plzen təmsilçisinin fiziki cəhətdən güclü komanda olduğunu bildirib.
İnzagi Çexiya çempionunun qrup mərhələsinə məhz evdə qazandığı nəticə sayəsində yüksəldiyini xatırladıb. İtaliyalı baş məşqçi "Viktoriya"nın ön xətdə yaxşı oyunçularının olduğunu söyləyib:
"Rəqibin "Qarabağ" və "Barselona" ilə oyunlarını izləmişik. Onlar əla müdafiə olurlar".




