Emin İmaməliyev: "Çoxları düşünürdü ki, "Lex"lə oyunda "Qarabağ" dalana dirənəcək" - AÇIQLAMA

8.07.2022 15:34 902
Aktual / Manşet
“Qarabağ”ın “Lex”ə səfərdə 0:1 hesabı ilə məğlub olması ölkə futbolunda qeyri-adi rezonans doğurdu.

Football-plus.az xəbər verir ki, çoxu düşünür ki, Ağdam təmsilçisi yaxşı mübarizə aparmadı. Hətta turu “Lex”in keçəcəyini fikirləşənlər də var. Görəsən, “köhlən atlar”ın sabiq üzvü Emin İmaməliyev bu haqda nə düşünür? O, “Qarabağ”ın turu keçəcəyinə inanır? Sualımızı gənc mütəxəssis belə cavablandırdı:

"Çoxları düşünürdü ki, "Lex"lə oyunda "Qarabağ" dalana dirənəcək. Amma oyun başqa mənzərəni göstərdi. "Lex" “2-ci nömrə” ilə oynadı. "Qarabağ" 90 dəqiqə ərzində oyun planında üstün tərəf idi. Sadəcə, qol çatmadı. Bakıdakı qarşılaşmada "Qarabağ"ın üstün oyunla qələbə qazanıb mərhələ keçəcəyinə inanır, sabiq komandama uğurlar arzulayıram".


ABDULLA İSMAYILOĞU